Ukrayna və İsveç birgə hərbi istehsal barədə razılığa gəliblər.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu razılaşma İsveç Müdafiə Nazirliyinin elmi-tədqiqat institutunun səlahiyyətli nümayəndələrinin Ukraynaya səfəri zamanı əldə olunub. Yayılan məlumatlara görə, tərəflər müqavilənin əsas aspektləri barədə razılığa gəliblər. Razılaşmaya əsasən, tərəflər arasında Ukraynada birgə istehsalın təşkili,yeni texnologiyaların alınması, modernləşdirilmiş texnikanın satışı nəzərdə tutulur.
Samir