Hindistanın Qucarat ştatında kimya zavodunda partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində ən azı 5 nəfər ölüb. 57 nəfərin isə yaralandığı bildirilib.
Partlayışdan sonra zavodda yanğın başlayıb. Zavodun yaxınlığında yerləşən yaşayış məntəqələrindən 5 minə yaxın sakin təxliyə edilib.