İran İŞİD-ə qarşı ABŞ-la birgə mübarizə aparmaq fikrində deyil.

ANS PRESS-in məlumatına görə, bunu İran Hərbi Qüvvələri Baş Qərargahının sədr-müavini, general Məsud Cəzayiri bildirib

Fars Xəbər agentliyinə müsahibə verən Cəzayiri bildirib ki, İranla ABŞ-ın İŞİD-ə qarşı birgə mübarizə aparması əsla mümkün deyil.

“Çünki İŞİD-i quran ABŞ-dır. İran isə həmişə bu terrorçu qruplaşmanın qarşısında olub”, deyə general bildirib.

Cəzayiri onu da əlavə edib ki, İŞİD heç vaxt İran sərhədlərinə yaxınlaşa bilməz. Çünki İran ordusu buna imkan verməyəcək.