Gürcüstanda “A qripi”nin bir növü olan və “donuz qripi” kimi tanınan H1N1 virusu yayılmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlama verib.

O, bununla bağlı nümunələrin laboratoriyada təcrübədən keçirildiyini bildirib.

Məlumata görə, Gürcüstanda 144 H1N1, 144 H3 virusuna yoluxma hadisəsi qeydə alınıb.

Qamkrelidze bu ilin ilk günlərindən H1N1 virusunun ölkə ərazilərində daha aqressiv formada yayıldığını iddia edib.

Lakin o, bunun yoluxma, yaxud epidemioloji səviyyədə olmadığını vurğulayıb.