
“Özbəkistan baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov işinin başındadır”.
Bu barədə Özbəkistan Maliyyə Nazirliyindən bildiriblər.
"Nazirlik normal qrafikdə işləyir, bütün rəhbərlik işinin başındadır, Rüstəm Sadikoviç (Əzimov - red.) öz otağındadır", - deyə nazirliyin əməkdaşı qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl KİV-də Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə bağlı məlumatlardan sonra R.Əzimovun ev həbsinə alındığı barədə informasiya yayılmışdı. (“Report”)