BAKI, 23 mart. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşımında bildirilib.
"Qardaş Pakistan xalqını və hökumətini Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Milli Günün mübarək, Pakistan!",- paylaşımda qeyd edilib.