BAKI, 23 mart. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın təhdidi həyata keçirilsə, Vaşinqtonun regiondakı bütün infrastrukturu məhv ediləcək”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fad Hüseyn Maleki deyib.
“Amerikalıların, xüsusilə Trampın İrana hücumla bağlı xüsusi strategiyası yoxdur”, - iranlı deputat əlavə edib.
Donald Tramp bundan öncə bəyan etmişdi ki, Tehran Hörmüz boğazını açmasa, ABŞ Ordusu İranın elektrik stansiyalarına zərbə endirəcək.