BAKI, 22 mart. TELEQRAF
Martın 22-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştirak etmək üçün Gürcüstana səfərə gəlib.
Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.


***
11:30
Milli Məclisin sədri Sahibə Qafarova bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Tbilisi Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov də yer alır.
Səfər çərçivəsində Sahibə Qafarova rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Gürcüstanın dini lideri, katolikos-patriarx II İlyanın dəfn mərasiminə qatılacaq.
Qeyd edək ki, II İliya martın 17-də 93 yaşında vəfat edib. O Sioni Katedralında dəfn ediləcək.