BAKI, 23 mart. TELEQRAF

İran Ali Müdafiə Şurasının keçmiş katibi Əli Şamxaninin cangüdənlərindən biri Məhəmməd Qənbərinin cəsədini təxminən bir aydan sonra tanımaq mümkün olub.

Teleqraf xəbər verir ki, bu barədə 12 günlük müharibə zamanı öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun mərkəzi qərargahı “Xatəm ül-Ənbiya”nın komandiri Əli Şadmaninin qızı Məhdiyə Şadmani məlumat verib.

Məhdiyə Qənbərinin dəfn mərasiminin keçiriləcəyini açıqlayıb.

Xatırladaq ki, Əli Şamxani fevralın 28-də ABŞ və İsrailin Tehrana hava zərbələri nəticəsində həyatını itirib.