BAKI, 23 mart. TELEQRAF

Paytaxt Bişkekdə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin İnformasiya Təhlükəsizliyi Mərkəzinin inzibati binasının açılışı olub.

Teleqraf xəbər verir ki, mərasimdə komitənin sədri general-leytenant Jumqalbek Şabdanbekov iştirak edib.

Bildirilib ki, mərkəzin yaradılması müasir qlobal çağırışlara cavabdır və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsi və ölkənin rəqəmsal infrastrukturunun qorunmasına yönəlib.

Milli Təhlükəsizlik Komitəsi yeni mərkəzin Qırğızıstanın rəqəmsal suverenliyinin və rəqəmsal iqtisadiyyatın davamlı inkişafının təmin edilməsində əsas element olacağını vurğulayıb.

Mərkəzin binası müasir avadanlıqlarla təchiz olunub.