BAKI, 19 mart. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” səhifəsində məlumat verib.

H.Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə səmərəli fikir mübadiləsi apardığını vurğulayıb.

O qeyd edib ki, bu, "Nordic-Baltic Eight (NB8)" ölkələrinin siyasi direktorlarının Azərbaycana ikinci belə səfəridir.

"Nordic-Baltic Eight (NB8)" ölkələrinin Azərbaycanla siyasi dialoq və məsləhətləşmələrin davamlı şəkildə inkişaf etməsindən məmnunluq ifadə olunub.