BAKI, 21 mart. TELEQRAF

Qazaxıstanın Türküstan şəhəri cari ilin may ayının ortalarında Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin növbəti yüksək səviyyəli görüşünə ev sahibliyi edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstan vilayətinə işgüzar səfəri zamanı ictimaiyyət nümayəndələri qarşısında çıxış edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, müasir dövrün qlobal çağırışları fonunda bu görüşün keçirilməsi böyük strateji əhəmiyyət daşıyır:

"Dünyada mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət və vilayət rəhbərliyi bu sammitin yüksək keyfiyyətlə təşkilinə birinci dərəcəli önəm verməlidir".