BAKI, 23 mart. TELEQRAF
Pakistan İslam Respublikasının Bakıdakı səfirliyində bu ölkənin Milli Gününün 79-cu ildönümü münasibətilə tədbir təşkil edilib.
Teleqraf xəbər verir ki, Pakistanın dövlət himni sədaları altında ölkənin bayrağı qaldırılıb.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib ki, hər il Pakistanın Milli Gününü ehtiramla qeyd edirlər.
Diplomat Cammu və Kəşmir məsələsində ölkəsinə dəstək olduğuna görə Azərbaycana təşəkkür edib.