BAKI, 23 mart. TELEQRAF

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubunda deyilir.

"Son illərdə qarşılıqlı siyasi etimad möhkəmlənir, bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkə xalqlarının mənafeləri naminə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf etdirilərək yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birlikdə səylər göstərməyə hazıram" - məktubda vurğulanıb.