BAKI, 21 mart. TELEQRAF
Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderlərini Novruz bayramı münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Prezident V.Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə, Qırğızıstan Prezidenti Sadır Japarova, Tacikistan Prezidenti Emomali Rəhmona, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubları göndərib.
Təbriklərdə sözügedən dövlətlərlə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb:
"Təbriklərdə MDB dövlətləri ilə ikitərəfli münasibətlərin yüksək səviyyəsi qeyd olunub və onlarla qarşılıqlı faydalı, çoxşaxəli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edilib".
Rusiya dövlət başçısı həmçinin İranın ali rəhbəri Müctəba Xamenei və ölkə prezidenti Məsud Pezeşkianı da bayram münasibətilə təbrik edib. Putin İran xalqına çətin sınaqlardan ləyaqətlə keçməyi arzulayaraq bildirib ki, Moskva bu çətin dövrdə Tehranın sadiq dostu və etibarlı tərəfdaşı olaraq qalır.