BAKI, 19 mart. TELEQRAF

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi xalqımızı və bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə nümayəndəliyinin sosial media hesabında paylaşım edilib.

"Müqəddəs Ramazan bayranı münasibətilə Azərbaycan xalqına və bütün müsəlmanlara ən səmimi arzularımızı çatdırırıq. Arzu edirik ki, bu mübarək zaman hər kəsə sülh, şəfqət və birlik gətirsin",- paylaşımda bildirilib.