BAKI, 16 mart. TELEQRAF

İsveçin İrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq Bakıda davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard "X" hesabında yazıb.

"İranda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq İsveç Xarici İşlər Nazirliyi müvəqqəti olaraq Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq köçürmək qərarına gəlib. Səfirlik fəaliyyətini Bakıdan davam etdirir", - diplomat bildirib.

Nazir qeyd edib ki, Tehrandakı təhlükəsizliklə bağlı vəziyyət qeyri-müəyyən olaraq qalır: "Xarici İşlər Nazirliyi 2022-ci ildən etibarən İrana bütün səfərlərdən çəkinməyi tövsiyə edib və isveçliləri ölkəni tərk etməyə çağırır".