BAKI, 23 mart. TELEQRAF

“İsrail və ABŞ üçün yeni sürprizlər yoldadır, indiyədək nə görülən, nə də eşidilən sürprizləri gözləsinlər”.

Teleqraf xəbər verir ki, bunu İranın ali rəhbərinin İnqilab Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdullah Hacı Sadeqi deyib.

“Zalımlar İranın təslim olmasını arzulayır, amma bu arzuları ilə birlikdə məzara gedəcəklər. Məktəbdə tərbiyə almışıq ki, təslim olmağı alçalmaq hesab edirik”, - o bildirib.