BAKI, 23 mart. TELEQRAF
Ermənistan və Pakistan qarşılıqlı olaraq qeyri-rezident səfirliklərin açılması prosesindədir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Mirzoyan xatırladıb ki, ötən il Ermənistan Pakistanıa diplomatik münasibətlər qurub.
“Pakistanla bağlı uzun illər davam edən müəyyən problemlər vardı. Bu, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərindəki problemlərə görə mürəkkəb məsələyə çevrilmişdi”.
Nazir qeyd edib ki, ötən il tərəflər arasında qarşılıqlı anlaşmaya nail olunub və diplomatik münasibətlər qurulub. Hazırda səfirlərin təyin olunması prosesi gedir, bu mərhələdə proses qeyri-rezident formada davam edir.