BAKI, 20 mart. TELEQRAF
İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Teleqraf xəbər verire ki, təbrik səfirliyin sosial şəbəkə hesabında paylaşılıb.
"İsrail Səfirliyi adından Azərbaycan xalqını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Bu müqəddəs bayram sülh, firavanlıq və birlik gətirsin, eyni zamanda insanlar arasında mərhəmət, səxavət və qarşılıqlı anlaşmanı daha da təşviq etsin. Ümid edirik ki, Ramazan bayramının mənəvi dəyərləri xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Sizə ən yüksək ehtiramımızı bildirir, mübarək və sülh dolu bir Ramazan bayramı arzulayırıq", - təbrikdə deyilir