BAKI, 18 mart. TELEQRAF

Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanının Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında Çanaqqala zəfərinin ildönümü ilə bağlı paylaşımında bildirilib.

"18 Mart – Çanaqqala Zəfəri Günüdür. Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir. Ruhları şad olsun!",- paylaşımda qeyd edilib.