BAKI, 23 mart. TELEQRAF

İranın yeni Ali rəhbəri Müctəba Xamenei yaralı və təcrid olunmuş vəziyyətdədir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail və ABŞ-nin təhlükəsizlik mənbələri “The Washington Post”a məlumat veriblər.

Mənbələr Müctəba Xameneinin ona göndərilən mesajlara cavab vermək iqtidarında olmadığını bildiriblər.

Nəşr hazırda İranda vəziyyətə İnqilab Keşikçilərinin (SEPAH) nəzarət etdidiyini də yazıb.