BAKI, 20 mart. TELEQRAF
Azərbaycanın Türkiyədəki səfirliyi Novruz bayramı münasibətilə Türk xalqlarını təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə səfirliyin "X" platformasında paylaşım edilib.
“Baharın gəlişini və təbiətin oyanışını müjdələyən Novruz bayramı münasibətilə bütün Türk dünyasını və Novruzu qeyd edən xalqları ən səmimi arzularımızla təbrik edirik.
Bu əziz bayram günündə Novruzun hər bir evə sevinc, huzur, bolluq və bərəkət gətirməsini arzulayırıq. Novruz Bayramınız mübarək olsun!",- paylaşımda qeyd olunub.