BAKI, 28 oktyabr. TELEQRAF
“Müstəmləkəçilik keçmişinin düşüncə tərzi ilə yaşayan və başqalarının hesabına fantastik dərəcədə varlanan ölkələr çoxqütblü dünya nizamına müqavimət göstərirlər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya–Afrika Forumunda çıxışı zamanı deyib.
“Əlbəttə, çoxqütblü dünyanın formalaşması asan getmir və bu reallığı qəbul etməyə hazır olmayan ölkələrin müqaviməti ilə üzləşir. Müstəmləkəçilik keçmişinin təfəkkürü ilə düşünməyə, başqalarının hesabına fantastik - məhz fantastik dərəcədə varlanmağa alışmış ölkələr var. Tarif müharibələri, qanunsuz sanksiyalar, iqtisadi diktat, şantaj və daxili işlərə müdaxilə də daxil olmaqla, ən xoşagəlməz və ən kinli vasitələrdən istifadə olunur”, - Putin bildirib.