BAKI, 27 oktyabr. TELEQRAF
Niderland xarici işlər naziri Tom Berendsenin Ermənistana səfəri başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyində nazir Ararat Mirzoyan və Tom Berendsen arasında təkbətək görüş baş tutub.
Xatırladaq ki, Niderland xarici işlər naziri bundan əvvəl Azərbaycanda səfərdə olub. O, İrəvana Bakıdan uçub.