BAKI, 28 oktyabr. TELEQRAF
Azərbaycan Kubokunun II təsnifat mərhələsində daha 3 oyun keçirilib.
Teleqraf xəbər verir ki, günün qarşılaşmalarında Premyer Liqa təmsilçilərindən “İmişli” “Qaradağ Lökbatan”ı 4:1, “Şamaxı” isə “Hypers”i 5:1 hesabı ilə məğlub edib.
I Liqa təmsilçisi “Şahdağ Qusar” da MOİK üzərində böyükhesablı qələbə qazanıb – 9:1.
Bu nəticələrdən sonra “İmişli”, “Şamaxı” və “Şahdağ Qusar” Azərbaycan Kubokunun 1/8 final mərhələsinə vəsiqə əldə ediblər.
Qeyd edək ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.
Ötən gün keçirilən görüşlərdə “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” “Zaqatala”nı 1:0, “Sumqayıt” “Kür-Araz”ı 11:0, “Qəbələ” “Mingəçevir”i 3:0 hesabı ilə üstələyib. “Zirə” – “Səbail” matçının əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə “Zirə” 3:2 hesabı ilə qalib gəlib.