BAKI, 28 oktyabr. TELEQRAF
İspaniyada iki sürətli qatarın toqquşması nəticəsində azı 39 nəfər ölüb.
Teleqraf xəbər verir ki, qatarlar Madridlə Əndəlüs arasında yerli vaxtla saat 09:10-da toqquşub.
“El Español” nəşrinin xəbərinə görə, Kastiliya-La Mança bölgəsinin fövqəladə xidmətləri 39 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib. Ölənlərin sayının artacağı istisna edilmir.
Məlumata əsasən, qatarların iki vaqonu relsdən çıxaraq yamacdan aşağı yuvarlanıb.
Qatarların biri dövlətə məxsus “Renfe” şirkəti, digəri isə İtaliyanın “Iryo” şirkəti tərəfindən istismar olunurdu.
Hadisə Əndəlüs bölgəsində, Adamus yaxınlığında iki sürətli qatarın relsdən çıxması nəticəsində 46 nəfərin həlak olduğu qəzadan doqquz aydan da az müddət sonra baş verib. Yanvar ayında baş verən qəza İspaniyanın sürətli dəmir yolu şəbəkəsində ilk böyük qatar toqquşması olub.