BAKI, 28 oktyabr. TELEQRAF

Prezident İlham Əliyev Maliyyə Nazirliyi ilə bağlı yeni fərman imzalayıb.

Teleqraf xəbər verir ki, fərmana əsasən, dövlət başçısının 2009-cu il 9 fevral tarixli fərmanı ile təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.23-3-cü bəndi ləğv edilib.

Bu dəyişiklik dövlət şirkətlərinin və publik hüquqi şəxslərin büdcə proqnozlarının monitorinqi, icra göstəricilərinin təhlili, habelə xalis mənfəətin bölüşdürülməsi və dividend siyasətinə dair 2025-ci il 29 dekabr tarixli Prezident fərmanının icrasını təmin etmək məqsədilə atılıb.