BAKI, 28 oktyabr. TELEQRAF

Korrupsiyaya qarşı mübarizə beynəlxalq əməkdaşlıq tələb edir.

Teleqraf xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü Yüksək Səviyyəli Görüşündə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, müasir dünyada cinayətkarlıqla mübarizə yalnız bir dövlətin səyləri ilə mümkün deyil, bunun üçün beynəlxalq səviyyədə əlaqələndirilmiş əməkdaşlıq vacibdir:

“İƏT çərçivəsində keçirilən görüş müsəlman ölkələrinin korrupsiyaya qarşı birgə mübarizə aparmaq və əməkdaşlığı gücləndirmək niyyətini nümayiş etdirir”.

M.Dəmirçilu vurğulayıb ki, cinayətkarlığa qarşı mübarizə yalnız törədilmiş cinayətlərin araşdırılması ilə məhdudlaşmamalı, həm də onların qarşısının alınmasına yönəlməlidir.

Səfir bu baxımdan ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini qeyd edib.