BAKI, 27 oktyabr. TELEQRAF

“Xalq hələ də Ermənistanda xarici qüvvələrin fəaliyyət göstərdiyinə inanır. Bu qüvvələr siyasi fəaliyyət deyil, casusluqla məşğuldur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Televiziya-Radio Komissiyasının üzvü Artur Manukyan deyib.

Komissiya üzvü bütün ermənilərin katolikosu II Qaregini də casus kimi xarakterizə edərək, tutduğu vəzifədən getməli olduğunu bildirib:

“Mənim II Qareginlə problemim yoxdur. Onun kiminlə yatıb-durması, uşağının olub-olmaması məni maraqlandırmır. Mənim üçün o, nə əxlaqsızdır, nə də pozğun. Amma onun Erməni Apostol Kilsəsi ilə problemi var. Kilsə üçün II Qaregin əxlaqsız və pozğun biridir. Söhbət hansısa binanın girişində və ya içində baş verənlərdən getmir. O, müqəddəs mehrabın önündə and içib və həmin andı pozub. Buna görə də getməlidir”.