BAKI, 24 sentyabr. TELEQRAF
Ermənistan Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin səfərini gözləyir.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
"Biz onları görməkdən çox məmnun olarıq", - o qeyd edib.
Alen Simonyan indiyədək bu formatda baş tutan görüşlər çərçivəsində müzakirələrin 99 faizinin jurnalistlərin iştirakı ilə keçdiyini vurğulayıb.
Qeyd edək ki, azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.
Azərbaycan tərəfi xarici lobbi və ekspert dairələrinin iştirakı ilə ölkəyə qarşı aparılan informasiya kampaniyası fonunda bu cür görüşlərin keçirilməsini məqsədəmüvafiq hesab etməyib.