BAKI, 23 sentyabr. TELEQRAF

“Xoşbəxtlikdən, son dövrlərdə neft və benzin idxalı bazarımızı şaxələndirə bilmişik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən illik “Konkordiya” sammitinin panel müzakirəsi zamanı bildirib.

“Əlbəttə, bu, hər yerdə olduğu kimi, qiymət məsələsidir, amma regionda - İran ətrafında baş verənlər bizi kifayət qədər narahat edir və vəziyyətin sabitləşməsini səbirsizliklə gözləyirik”, – o qeyd edib.