BAKI, 22 sentyabr. TELEQRAF
Gürcüstan Daxili İşlər Nazirliyi son günlərdə 83 xarici vətəndaşı ölkədən deportasiya edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər qurumu məlumat yayıb.
“Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan, Türkmənistan, Türkiyə, Rusiya, Efiopiya, Misir, İraq, Hindistan, Burundi, Pakistan, Keniya, Bolqarıstan, Banqladeş, İordaniya, Nigeriya, Ermənistan, Özbəkistan, Çin və digər ölkələrin ümumilikdə 83 vətəndaşı Gürcüstandan çıxarılıb”, - açıqlamada bildirilib.
Deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.
“Daxili İşlər Nazirliyi ölkədə qanunsuz miqrasiyaya qarşı intensiv mübarizəni davam etdirir. Son statistik məlumatlara görə, təkcə bu il Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən 3000-dən çox insan ölkədən deportasiya olunub”, - DİN əlavə edib.