BAKI, 22 sentyabr. TELEQRAF
“Rusiya Prezidenti Vladimir Putinin Ermənistan baş nazirliyinə yeni namizədi var, həmin şəxs oliqarx Samvel Karapetyan deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının sədri Aram Sərkisyan deyib.
Partiya sədrinin məlumatına görə, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi üçün payız əməliyyat da iflasa uğrayıb və indi yaz üçün “Miqrant” adlı əməliyyat planlaşdırılır. Sərkisyan qeyd edib ki, bu çərçivədə qaz amilindən və Rusiyaya işləmək üçün gedən ermənilərdən istifadə edəcəklər:
“Moskvada düşünürlər ki, küçələrə çıxıb hakimiyyətə etiraz etmələri üçün ermənilərə işləmək üçün Rusiyaya gəlməyə icazə verilməməlidir”.
“Respublika” liderinin fikrincə, artıq Moskvanın Ermənistan baş nazirliyinə yeni namizədi də var:
“Karapetyan Putinin şəxsi oliqarxı olsa da, onun baş nazir olmaq şansları sıfıra bərabərdir. Artıq Rusiyanın Ermənistanın baş naziri vəzifəsi üçün başqa namizədi var. Samvel Karapetyan boş yerə ümid bəsləyir”.