BAKI, 18 sentyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə görə Hessen Sülh Mükafatına layiq görülüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan bildirib.
Qeyd edək ki, Nikol Paşinyan Almaniyada işgüzar səfərdədir.