BAKI, 18 sentyabr. TELEQRAF

“Ermənistandakı Rusiya müəssisələrinə edilən basqınlar və axtarışlar ölkə iqtisadiyyatı üçün öz ayağına güllə zərbəsi hesab ediləcək”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov deyib.

“Rusiya biznesinin respublikada on minlərlə keyfiyyətli iş yeri yaratdığını və aktivlərini qanuni əsaslarla effektiv şəkildə idarə etdiyini, Ermənistanın ÜDM-inə əhəmiyyətli töhfə verdiyini nəzərə alsaq, belə bir taktika Ermənistan iqtisadiyyatı üçün əsl öz ayağına güllə zərbəsi olardı”, - o bildirib.

Şevtsov qeyd edib ki, Ermənistanda növbəti hədəflərin yerli sənaye və infrastruktur müəssisələri ola biləcəyinə dair əlamətlər var.

“Rusiyalı sahibkarlar Ermənistandakı aktivlərindən imtina etməyə məcbur edilirlər”, - Rusiya rəsmisi əlavə edib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da bundan əvvəl oxşar açıqlama vermişdi.