BAKI, 17 sentyabr. TELEQRAF

Ermənistan və Rusiya Ermənistan dəmir yolunun konsessiya idarəçiliyinin həlli ilə bağlı müzakirələri davam etdirir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

N. Paşinyan bildirib ki, məsələdə hər hansı dəyişiklik yoxdur və müzakirələr davam edir:

"Bu, çox həssas məsələdir. Bu, bizim mülkiyyətimizdir və öz mülkiyyətimizdən istədiyimiz kimi istifadə etmək imkanımız olmalıdır. Ermənistan bu məsələnin həlli üçün hər hansı müddət müəyyən etməyib. Bu məsələni sakit şəkildə müzakirə edirik. Problemin mümkün qədər tez və dostcasına həll olunması üçün çalışırıq".