BAKI, 11 sentyabr. TELEQRAF
“Tez-tez “diaspor” deyirik, amma onun başqa ölkəyə bağlı olduğunu unuduruq. Ermənistan üçün bu, həmin ölkədə təsir vasitəsidir, amma əks proses də mövcuddur və biz bunu yaxın zamanda gördük: bəzən diasporun özü həmin ölkə üçün təsir vasitəsinə çevrilir”.
Teleqraf xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Ermənistan-diaspor münasibətlərindən danışarkən bildirib.
O qeyd edib ki, Ermənistan diasporun mentoru ola bilməz və əksinə.
Paşinyan Ermənistanın “ikinci əl mallar”a ehtiyacı olmadığı barədə bəyanatına da toxunub: “Bu səhifəni bağlamalıyıq. Amma bu o demək deyil ki, vaxtilə biz “ikinci əl mallar”a, o cümlədən geyimə ehtiyac duyduğumuz zaman diasporun bizi bunlarla təmin etməsini qiymətləndirmirik”.