BAKI, 11 sentyabr. TELEQRAF
Baş nazir Nikol Paşinyan Rusiya qazını Ermənistan üçün ucuz hesab etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, Ermənistan hökumətinin başçısı brifinqdə ölkənin enerji sektorunda şaxələndirmə siyasətini davam etdirəcəyini vurğulayıb.
“Dünyanın digər ölkələri ilə müqayisədə sərhəddən son istehlakçıya qədər olan mərhələdə ən yüksək qiymət artımı Ermənistanda müşahidə olunur”, - Paşinyan deyib.
Baş nazir qeyd edib ki, “Qazprom Armenia” gəlirli şirkətdir.
“Ermənistan heç bir sektorda şaxələndirmədən imtina etməyəcək”, - o əlavə edib.