BAKI, 2 iyun. TELEQRAF

Avropa İttifaqı (Aİ) viza liberallaşdırılmasını dəstəkləmək üçün Ermənistana 2,2 milyon avro ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Vəsaitlər sərhəd idarəçiliyi, sənəd təhlükəsizliyi və hüquq-mühafizə orqanlarında islahatlara sərf olunacaq.

Maliyyənin iyunun 1-də başlayan “Sərhəd idarəçiliyi, sənəd təhlükəsizliyi və hüquq-mühafizə orqanlarının islahatı sahəsində Ermənistanda viza liberallaşdırılması dialoquna dəstək” proqramı çərçivəsində istifadə olunacağı bildirilib.

Daxili işlər naziri Arpine Sərkisyan vurğulayıb ki, bu, Ermənistanda viza liberallaşdırılmasını birbaşa dəstəkləyən ilk proqramdır. Proqram Litva tərəfindən Aİ-nin maliyyə dəstəyi ilə Ermənistan Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.