BAKI, 8 may. TELEQRAF
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 45 qanunsuz miqrantı deportasiya üçün saxlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, saxlanılanlar Əlcəzair, Banqladeş, Hindistan, Qazaxıstan, Qırğızıstan, Keniya, Nigeriya, Pakistan, Rusiya, Sudan, Tailand, Tanzaniya, Türkmənistan, Türkiyə, Özbəkistan, Uqanda və Efiopiya vətəndaşlarıdır.
Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif yerlərdə axtarışlar aparıblar. Bildirilib ki, miqrantların ölkədə miqrasiya qanunlarını pozduğu aşkar edilib. Hazırda bütün saxlanılanlar müvəqqəti miqrant saxlama mərkəzinə aparılıb, deportasiya işləri davam etdirilir.