BAKI, 7 may. TELEQRAF

“Mayın 28-nə planlaşdırılan hərbi parad zamanı Fransa Prezidenti Emmanuel Makronun Ermənistana göstərdiyi dəstəyi görəcəksiniz”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Fransa Prezidenti Emmanuel Makronun nə etdiyinə gəlincə, onun nələr etdiyini mayın 28-də görəcəksiniz. Sizə heç nə deyə bilmərəm, amma göstərəcəyəm”, - o jurnalistlərə bildirib.

Mayın 28-nə İrəvanda “Respublika” meydanında Ermənistanın son illərdə aldığı yeni silahların nümayiş olunacağı hərbi parad planlaşdırılır.