BAKI, 6 may. TELEQRAF
“Cənubi Qafqaz münaqişə zonasından sülh və zabitlik bölgəsinə çevrilib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan-Azərbaycan sülh prosesindən danışarkən deyib.
“Bölgədə bərqərar olan sülh Cənubi Qafqazı münaqişə zonasından sabitlik və sülh zonasına çevirib. Sülhdən əsas faydalananlar region ölkələridir. Beynəlxalq ictimaiyyətin regiona diqqətini artıran məhz sülhün bərqərar olmasıdır”, - o bildirib.