BAKI, 5 may. TELEQRAF

Ermənistan regional ticarət qovşağına çevrilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunları üzrə Ermənistanın Baş naziri Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Antonio Koşta ilə birgə bəyanatla çıxış edərkən bildirib.

O, rəsmi Brüsselin regionda (Cənubi Qafqaz- red.) ticarət yollarının inşasına dəstək verməyə hazır olduğunu bəyan edib.

Ursula fon der Lyayen vurğulayıb ki, Ermənistan Mərkəzi Asiyaya və Xəzər dənizinə gedən ən qısa marşrut üzərində yerləşir. O, müharibə və geosiyasi səbəblərdən bu yolun uzun müddət qapalı qaldığını xatırladıb:

"Sizin sülh naminə atdığınız cəsarətli addımlar və Avropa şəbəkələrinə inteqrasiya seçiminiz vəziyyəti dəyişir. Bunun sayəsində Ermənistan yeni ticarət marşrutlarının, xüsusilə kritik xammal daşınması sahəsində regional qovşağa çevrilə bilər".

O, Avropa İttifaqının Ermənistanda fiziki infrastrukturun tikintisi ilə yanaşı, yerli enerji istehsalı, elektrik şəbəkələri və rəqəmsal məkanın inteqrasiyasına sərmayə yatırmağa hazır olduğunu vurğulayıb.