BAKI, 3 fevral. TELEQRAF
“Əminik ki, “Metsamor” AES-in istismar müddətinin əlavə 10 il uzadılması layihəsi uğurla nəticələnəcək və AES Ermənistanın enerji sisteminə bağlı olaraq fəaliyyətini davam etdirəcək”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan bildirib.
O qeyd edib ki, hökumət AES-in istismar müddətini 2036-cı ilə qədər uzatmaq istiqamətində tədbirlər görür:
“Bu layihə çərçivəsində işlər müəyyən edilmiş cədvələ uyğun olaraq davam edir”.