BAKI, 14 yanvar. TELEQRAF
“Tehranda belə bir təsəvvür formalaşır ki, Ermənistan İran əleyhinə mövqe tutan düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilir”.
Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı Xəlil Şirqulami mətbuat konfransında bildirib.
“Bəzi insanlara imkan yaradılıb və “yaşıl işıq” yandırılıb ki, İranın Ermənistandakı səfirliyinin binasının qarşısına gəlsinlər və hörmətsiz, təhqiredici açıqlamalar versinlər.
Artıq altı gündür saat 18:00-dan 21:00-dək İran səfirliyinin binasının qarşısında hörmətsiz və təhqiredici açıqlamalar verilir, etirazımızı bildirsek də, bu proses davam edir. Dəfələrlə Ermənistanın müvafiq orqanlarına öz etirazımızı çatdırmışıq. Ən ağır anlarda Ermənistan hökumətinin yanında olmuşuq, bunun çoxsaylı nümunəsi var. Bu gün isə biz çətin vəziyyətdəyik, İran səfirliyinin binasının qarşısında baş verənlər İran xalqının tarixi yaddaşında qalacaq. Məncə, hər şeyi aydın şəkildə izah etdim”, - Şirqulami qeyd edib.
Səfirin sözlərinə görə, bir çoxları gözləyir ki, İranda qeyri-sabitlik yaranacaq və separatçı qüvvələr aktivləşəcək, məqsəd isə ölkəni parçalamaqdır:
“Bütün bunlar ilk növbədə İsrail tərəfindən planlaşdırılıb. Bunu bacarmayacaqlar, amma bu işdə uğur qazana bilsələr, Ermənistan da məğlublar sırasına daxil olacaq. Məncə, bu fikir əlavə izaha ehtiyac yaratmır”.