BAKI, 26 sentyabr. TELEQRAF

Rusiya Dövlət Dumasının keçmiş deputatı Yuri Napsoya qarşı zorlamada şübhəli bilinərək cinayət işi açılıb, onun barəsində axtarış elan edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Mənbə bildirir ki, belə hallara ömürlük həbs, hətta ölüm cəzası verilməsini müdafiə edən sabiq deputatın özü zorlamada şübhəli bilinir.

İddia edilən cinayət 2023-cü il martın 22-də törədilib. Amma deputat istintaqa cəlb olunmayıb. İlkin araşdırma zamanı Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti müəyyən edib ki, Napso 2023-cü il aprelin 1-də axşam saatlarında təyyarə ilə Minskdən İrəvana gedib.

2025-ci ilin aprelində o, illərlə iclaslarda iştirak etmədiyi üçün deputat mandatından vaxtından əvvəl məhrum edilib.