BAKI, 25 avqust. TELEQRAF
“Yekun sülh sazişinin imzalanması üçün Ermənistan Azərbaycanın bir sıra tələblərini yerinə yetirməlidir”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Karen İgityan deyib.
“Sülh müqaviləsi imzalana bilər. Amma o halda ki, Zəngəzur dəhlizi açılacaq, Ermənistan (qondarma) erməni soyqırımının tanıdılması və qınanılması prosesindən imtina edəcək, İrəvan “Qarabağ səhifəsi”ni tamamilə bağlayacaq - Ermənistan Konstitusiyasını dəyişdirəcək”, - ekspert bildirib.