BAKI, 9 avqust. TELEQRAF
Estoniya xarici işlər naziri Marqus Saxkna Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi üçtərəfli görüşdən sonra iki ölkə arasında sülh sazişinin paraflanmasını Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində tarixi addım hesab edir.
Teleqraf xəbər verir ki, o, bu barədə X-də yazıb.
“Bu, Azərbaycan və Ermənistan arasında sülhə doğru tarixi addımdır. Mən hər iki tərəfin, Birləşmiş Ştatlar rəhbərliyinin qətiyyətini, eləcə də bu işdə iştirak edən digər tərəfdaşların, o cümlədən Avropa İttifaqının ardıcıl səylərini alqışlayıram. Hazırda regionda davamlı sülhə zəmin yaratmaqla razılaşdırılmış bütün addımların tam və vaxtında həyata keçirilməsi vacibdir”, - Saxkna bildirib.