BAKI, 8 avqust. TELEQRAF
ABŞ-də səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında sülhlə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, o, bu barədə xristianların müqəddəs kitabı İncildən sitat gətirib.
“Sülh gətirənlər necə xoşbəxtdirlər, çünki onlar Tanrının övladları adlanacaqlar”, - Paşinyan bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında sülh sazişinin imzalanacağını açıqlamışdı.